Maykl Cekson öləndə 500 milyon dollardan çox borcu olub

0 32

Dünya şöhrətli müğənni Maykl Ceksonun adı ölümündən sonra da maliyyə qalmaqallarında hallanır.

Maykl Cekson 2009-cu il iyunun 25-də 50 yaşında Los-Ancelesdəki malikanəsində ürək tutmasından ölüb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, pop kralı ölümündən əvvəl Los-Ancelesdəki Staples Centerdə altı saatlıq məşq edib. O, yenidən böyük səhnəyə çıxmaq üçün mahnılar yazdırıb, konsert hazırlıqları aparıb.

Ceksonun hədsiz xərcləmə vərdişlərini nəzərə alsaq, onun illik 30 milyon dollarlıq borcunu ödəmək üçün pula ehtiyacı olub. 2013-cü ilin avqustunda məhkəmədə ifadə verən mühasib Villiam R. Ackerman müğənninin maliyyə vəziyyətinin ətraflı təhlilini təqdim edərək, Ceksonun xeyriyyəçilik, hədiyyələr, səyahət, incəsənət və mebel, zərgərlik  məmulatları üçün külli miqdarda pul xərclədiyini bildirib.

Xarici nəşrlərin məlumatına görə, 1998-ci ilə qədər onun artıq 140 milyon dollar borcu olub. Qeyd olunub ki, 2001-ci ilin iyunundan 2009-cu ilin iyununa qədər Ceksonun borcu təxminən 170 milyon dollar artıb.

Ackerman qeyd edib ki, Ceksonun kreditləri üzrə faizlər də illər ərzində artıb və ildə 7 faizdən 16,8 faizə qədər yüksəlib.

 



Source link

Leave A Reply

Your email address will not be published.