Bu il ərzində Cəbrayıl şəhərində 712 mənzildən ibarət 33 yaşayış binasının təhvil verilməsi planlaşdırılır.
Bunu «Report»a Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O əlavə edib ki, Cəbrayıl rayonunun Horoğlu qəsəbəsinə köç nəzərdə tutulur: «Hazırda Cəbrayılın Şükürbəyli kəndində, Qubadlı rayonunun Zilanlı və Maxruzlu kəndlərində, Zəngilanın şəhər mərkəzində böyük tikinti işləri aparılır».