AVRO-2024: Sloveniya — Danimarka matçında ikinci hissə başlayıb — YENİLƏNİB 4

0 36

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya — Danimarka matçında ikinci hissə başlayıb.

«Report» xəbər verir ki, fasilədən sonra Danimarka millisi 1:0 hesabı ilə öndədir.

Yeganə qolu 17-ci dəqiqədə Kristian Eriksen vurub.

21:01

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya — Danimarka matçında ilk hissə başa çatıb.

«Report» xəbər verir ki, Danimarka millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

Yeganə qolu 17-ci dəqiqədə Kristian Eriksen vurub.

20:46

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya — Danimarka matçında hesab açılıb.

«Report» xəbər verir ki, 17-cı dəqiqədə Kristian Eriksen Danimarka millisini hesabda önə çıxarıb.

Görüş davam edir.

19:59

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.

«Report» xəbər verir ki, C qrupunun ilk matçında Sloveniya və Danimarka milliləri üz-üzə gəlir.

Ştutqart şəhərindəki «MHP Arena» stadionunda keçirilən görüşü isveçrəli hakim Sandro Şerer idarə edir.

Leave A Reply

Your email address will not be published.