İsmayıllıda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

0 27


İsmayıllıda minik avtomobili yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var.

«Report»un Yuxarı-Şirvan bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

«VAZ» markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində, 2000-ci il təvəllüdlü Dəmirov Abuzər Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Onun qardaşı, 2005-ci il təvəllüdlü Dəmirov Nurlan Azər oğlu və 1989-cu il təvəllüdlü Abbasov Müşfiq Rza oğlu isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.





Source link

Leave A Reply

Your email address will not be published.