Kuryerlik edən tələbəni öldürdülər

0 41


Türkiyədə kuryerlik edən tələbə qətlə yetirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Balıkesir şəhərinin Karesi qəsəbəsində baş verib. Kuryerlik edərək xərclərini ödəyən universitet tələbəsi 20 yaşlı Emre A. sifarişləri təslim etmək üçün yola düşüb və naməlum səbəblə müştəri 17 yaşlı E.Ö.-nün bıçaqlı hücumuna məruz qalıb.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri 10 bıçaq yarası alan Emrenin öldüyünü müəyyən ediblər.

Cinayəti törədən yeniyetmə və onu gizlədən atası O.Ö. saxlanılıblar. Qatilin 17 yaşı olmasına baxmayaraq, 6 müxtəlif cinayətə görə əvvəllər məhkum olunduğu müəyyənləşib.

Araşdırma aparılır.



Source link

Leave A Reply

Your email address will not be published.