Di Kaprionun gənc sevgilisi şəffaf mini geyimdə gecənin ulduzu oldu

0 39

25 yaşlı Vittoria “Ceretti Met Gala 2024” xeyriyyə gecəsinə şəffaf geyimdə qatılıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Hollivud ulduzu Leonardo Di Kaprionun sevgilisi “Alaia” brendindən tül libas geyinib. O, obrazını dəri əlcəklər, sandaletlər və piramida formalı çanta ilə tamamlayıb.

Vittoria dizayner Françeska Lazzarinin qızıdır. O, uzun müddətdir ki, model kimi çalışır. Artıq “Alexander”, “McQueen” və “Versace” kimi brendlərlə əməkdaşlıq edib.

Leonardonun bu qızla dəqiq nə vaxt tanış olduğu bəlli deyil, lakin onlar 2023-cü ilin may ayının sonlarında Kann Film Festivalına birlikdə qatılıblar.



Source link

Leave A Reply

Your email address will not be published.