“Müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq əlaqələrimizi ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə qaldırmışlar”. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı deyib. Dövlətimizin başçısı qeyd edib: “Bu gün bizim hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür”.

0 17

“1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın-köçkün vəziyyətinə salınmışdı”.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı səsləndirib.

Xalqımıza qarşı hərbi cinayətlərin, Xocalı soyqırımının törədildiyini, etnik təmizləmə siyasəti aparıldığını xatırladan dövlətimizin başçısı bildirib: “Bu, bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi”.

Leave A Reply

Your email address will not be published.