Biləsuvardan olan 210 şəhidin xatirəsi əbədiləşdirilib

0 18

Biləsuvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Zəfər tağları” layihəsi həyata keçirilib.

Oxu.Az xəbər verir ki, Birinci və İkinci Qarabağ müharibələrində döyüşərək şəhid olan 210 nəfər biləsuvarlı qəhrəmanın rəsm əsərləri çəkilib.

Rəsmlər Zəfər Gününün 5 illiyi ərəfəsində şəhid ailələrinə təqdim edilib.

Bu təşəbbüsə Biləsuvar rayonu, respublikanın müxtəlif şəhər və rayonlarından olan 50 nəfər rəssam qoşulub.

Qeyd edək ki, layihə şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi və onların ailələrinə mənəvi dəstək məqsədi daşıyır.

Leave A Reply

Your email address will not be published.