Bakıda XÜSUSİ ƏMƏLİYYAT: 1 milyonluq kokain ələ keçirildi

0 1

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı paytaxt sakini 38 yaşlı Hüseyn Hüseynov saxlanılıb. Ondan 1 kiloqrama yaxın kristalşəkilli güclü təsiredici narkotik vasitə olan kokain, 329 ədəd ekstazi və metadon həbi, eləcə də 178 qram marixuana aşkarlanıb. H.Hüseynov paytaxt ərazisində kokainin satışını təşkil edən əsas şəxs olub. O, ifşa edilməməsi üçün onunla əlaqə saxlayanlara özünü əcnəbi vətəndaş kimi təqdim edib və xarici dillərdə ünsiyyət saxlayıb. 

H.Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin, Sabunçu RPİ-nin NMB əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 36 kiloqram narkotik vasitə və əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkarlanıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, “qara bazar”da kokainin 1 kiloqramı 600 min dollar (təxminən 1 milyon manat) qiymətləndirilir.



Source link

Leave A Reply

Your email address will not be published.