Türkiyəli məşhurları “TOPA TUTDULAR” – “Rusiyanın tərəfinə keçiblər” -VİDEO

0 1

Türkiyəli aktyorlardan ibarət nümayəndə heyəti yeni filmlərini təqdim etmək üçün Rusiyaya gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, türk seriallarının ulduzları Hande Erçelin və Barış Arduçla Moskvadakı xoşbəxt görüntüləri bir çox izləyiciləri, əsasən də ukraynalı tamaşaçıları xeyli qıcıqlandırıb. Aktrisa Hande Erçel bu səfərdə ruslara sevgisini bildirib.

Məşhur aktrisanın bu açıqlaması sosial şəbəkələrdə də diqqət çəkib. Erçelin baş rol yoldaşı Barış Arduçla birlikdə qatıldığı «Küləyi kovalayan» filminin Moskvada premyerasından videolar internetdə yayılır.

Kadrlarda aktyorların pərəstişkarlarını rus dilində salamlaması, yerli məşhurlarla görüşü və ruslara alovlu sevgilərini ifadə etməsi əks olunub. Məlumdur ki, türk filmi tezliklə Rusiya kinoteatrlarında, eləcə də Netflix-də nümayiş etdirilməlidir. Lakin onun Ukraynada satışa çıxarılacağı barədə heç nə deyilmir.

Ukrayna mediasında bu görüş barədə yazılanları təqdim edirik:

“Qapımı döy” serialındakı rolu sayəsində məşhurlaşan Hande Erçelin mövqeyinə gəlincə, 31 yaşlı türkiyəli aktrisa Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə bağlı açıqlama verməyib. Üstəlik, bu videolardan belə başa düşmək olar ki, Erçel Rusiyanın tərəfinə keçib və bununla da ukraynalı azarkeşlərini tamamilə itirib”.



Source link

Leave A Reply

Your email address will not be published.