Sizin yerli Avropa bankınız “AccessBank” ASC, xidmət şəbəkəsini genişləndirmək və müştəri xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə Xaçmaz şəhərində yenilənmiş konseptli filialını istifadəyə verdiyini elan edir. Filialın yenilənməsi, “AccessBank”ın müştəri xidmətlərinin təkmilləşdirilməsi strategiyasının mühüm bir hissəsidir.
Yenilənmiş filial, müasir tələblərə və innovativ həllərə uyğun olaraq dizayn edilib və N.Nərimanov küçəsi 215 ünvanında yerləşir. Yeni konseptdə əsas diqqət müştəri rahatlığına və sürətli, yüksək keyfiyyətli xidmətin təmin olunmasına yönəldilib. Burada müştərilərə kreditlər, o cümlədən mikro və aqro kreditlər, istehlak kreditləri, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təklif olunur.
«AccessBank” ötən ildən filial şəbəkəsinin aktiv genişləndirilməsinə başlayıb və filialların sayını 35-ə çatdırıb. 2025-ci il ərzində də biz Azərbaycanın müxtəlif regionlarında istehlakçılara və bizneslərə müasir və keyfiyyətli maliyyə xidmətləri təklif etməyə davam edəcəyik. Yeni konseptli Xaçmaz filialının istifadəyə verilməsi, ölkə miqyasında müştərilərimizə ən müasir bank xidmətlərini təqdim etmək hədəfimizə bir addım daha irəliləməyimiz deməkdir», — deyə “AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin
*AccessBank” QSC Azərbaycan Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.