İtaliyanın «Torino» komandası İngiltərə Premyer Liqa təmsilçisi «Çelsi»nin futbolçusu Çezare Kazadeini heyətinə qatıb.
«Report» xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi turinlilərlə 2029-cu ilin yayına kimi müqavilə imzalayıb.
Ç. Kazadei cari mövsüm “Çelsi”nin heyətində 6 matçda iştirak edib və qol vurmayıb.