Tbilisidə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsəri səhnələşdirilir

0 2


Tbilisidə yerləşən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşəbbüsü və Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsəri səhnələşdirilir.

Bu barədə “Report”un yerli bürosuna Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin direktor müavini Leyla Əliyeva məlumat verib.

Onun sözlərinə görə, əsər tanınmış gürcü yazıçı və tərcüməçi Akaki Tsereteli tərəfindən 1870-ci ildə gürcü dilinə tərcümə olunub.

«Tamaşanın yenidən səhnə həyatı qazanmasında əsas məqsəd Azərbaycan mədəniyyətini Gürcüstanda təbliğ etmək və iki xalq arasında mədəni əlaqələrin daha da inkişafına töhfə verməkdir. Tamaşa Gürcüstanın nufuzlu teatr səhnələrinin birində peşəkar aktyorların iştirakı ilə hazırlanacaq. Hazırda bu istiqamətdə işlər davam etdirilir», — Leyla Əliyeva bildirib.





Source link

Leave A Reply

Your email address will not be published.