UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
«Report»un məlumatına görə, tədbirdə 1/16 finalın cütləri bəlli olub.
Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqiblərinin adına aydınlıq gəlib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
«Brügge» (Belçika) — «Atalanta» (İtaliya)
«Sportinq» (Portuqaliya) — «Borussiya» (Dortmund, Almaniya)
«Mançester Siti» (İngiltərə) — «Real» (İspaniya)
«Seltik» (Şotlandiya) — «Bavariya» (Almaniya)
«Yuventus» (İtaliya) — PSV (Niderland)
«Feyenoord» (Niderland) — «Milan» (İtaliya)
«Brest» (Fransa) — PSJ (Fransa)
«Monako» (Fransa) — «Benfika» (Portuqaliya)
Qeyd edək ki, bu raundun oyunları 11-12 və 18-19 fevralda baş tutacaq. “Liverpul”, “Arsenal”, “Aston Villa” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Barselona”, “Atletiko” (hər ikisi İspaniya), “Bayer 04” (Almaniya), və “Lill” (Fransa) birbaşa 1/8 finalda çıxış edəcəklər.