Avropa Gənclər Müsabiqəsinin qalibləri müəyyənləşib

0 2


Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Gənc Avropa Səfirləri ilə birgə Avropa Gənclər Müsabiqəsinin dördüncü buraxılışının final mərhələsi baş tutub.

“Report” xəbər verir ki, tədbir «Yaşıl Gələcək” şüarı altında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən «Planetimiz naminə» kampaniyası çərçivəsində həyata keçirilib.

Aİ-nin Azərbaycan nümayəndəsi Peter Mixalko bərpa olunan enerji və yaşıl siyasət sahəsində qlobal lider olan Avropa İttifaqının Azərbaycan gənclərinin ideyalarını dəstəklədiyini qeyd edib:

“Bu gün gənclərdən öyrənmək və onların ətrafımızı əhatə edən real dayanıqlılıq çağırışlarına yönəlmiş dəyərli həll yollarını kəşf etmək bizim üçün böyük həyəcan doğurur. Mənim üçün tam aydındır ki, bu komandaların innovativ yanaşmaları Azərbaycanın və planetimizin gələcəyi üçün böyük ümid yaradır. Çəkdikləri zəhmətə və parlaq ideyalarına görə bütün komandalara təşəkkür edirəm».

Daha sonra müsabiqənin final mərhələsi keçirilib. Hər biri dörd üzvdən ibarət olan dörd komanda final mərhələsində qələbə uğrunda yarışıb.

“Times New Roman» komandası birinci, «Green Innovators» ikinci, «Sustainable energy» üçüncü, «Voyage» isə dördüncü yerləri tutublar.

Ümumilikdə «Yaşıl Gələcək” müsabiqəsinə Ağdaş, Bakı, Xankəndi, İsmayıllı, Lənkəran və Şəmkirdən 512 nəfərin təmsil olunduğu 128 komanda qatılıb.

Leave A Reply

Your email address will not be published.