Gürcüstanın atdığı hər addım Azərbaycan üçün bir dost, qardaş addımıdır — RƏY

0 4


Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfərinin əsas məqsədi dövlətlərarası iqtisadi komissiyanın işinin davam etdirilməsi, qarşıya qoyulan məsələlərin həlli və münasibətlərə yeni baxışın ortaya qoyulmasıdır.

Bu fikirləri «Report»a açıqlamasında Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Arzu Nağıyev deyib. O qeyd edib ki, Prezident İlham Əliyevin gürcü baş naziri qəbul etməsi, onunla müzakirə aparması, bir yerdə nahar etməsi əhəmiyyətli məqam idi:

«Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazirin ilk səfərini ölkəmizə etməsi Gürcüstanla münasibətlərin xüsusi xarakterindən və mahiyyətindən xəbər verir. Yəni, Azərbaycan Gürcüstan üçün çox mühüm strateji əhəmiyyətli dost dövlətdir. Prezident İlham Əliyev baş nazirlə görüşündə qeyd etdi ki, gürcü xalqı keçirilən seçkidə öz gələcəyini, milli dəyərlərinə hörmətini, irsini, təhlükəsizliyini və inkişafını qorumağı seçdi. İrakli Kobaxidzenin də Azərbaycan Prezidentinin Cənubi Qafqazda, həmçinin dünyada çəkisi olan lider kimi qəbul olunduğunu vurğulaması İlham Əliyevin apardığı daxili və xarici siyasətdən xəbər verir».

Arzu Nağıyev

A.Nağıyev qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında əlaqələr həm parlamentlərarası, həm də hökumətlərarası olmaqla iqtisadi, siyasi, hərbi, mənəvi, mədəni bütün bu istiqamətlərdə inkişaf edir:

«Gürcüstan Corc Sorosun vaxtilə qoyduğu ənənəyə uyğun olmayaraq öz milli dəyərlərini qoruyub və bu istiqamətdə ciddi addımlar atıb. Gürcü xalqı özünün müstəqilliyini bir daha göstərdi, Avropadan, qərbdən — heç kimdən asılı olmayan bir siyasət yürütmək, müstəqil dövlət yaratmaq istiqamətini seçdi.

Azərbaycan və Gürcüstanın yaxşı münasibətlərinin təməli Ulu Öndər Heydər Əliyevin dövrünə dayanır. Onun Gürcüstanın sabiq rəhbəri olmuş Eduard Şevardnadze ilə dostluğunun bəhrəsi, qoyduğu ənənələr, münasibətlər bu gün də uğurla davam edir. Azərbaycan bir daha göstərdi ki, daim Gürcüstanın yanındadır. Gürcüstanın atdığı hər addım Azərbaycan üçün bir dost, qardaş addımıdır və bunu da Prezident İlham Əliyev görüşdə qeyd etdi. Bir sözlə, Azərbaycan Gürcüstan üçün əhəmiyyətli qonşu dövlət və dostdur».





Source link

Leave A Reply

Your email address will not be published.