Fransa hökuməti vergilərin artırılması ilə bağlı 53 milyard avroluq tədbirlər hazırlayır

0 1

Fransa hökuməti xərclərin azaldılması və vergilərin artırılması üçün 53 milyard avro məbləğində tədbirlər hazırlayır.

“Report” xəbər verir ki, bu barədə ölkənin büdcə məsələləri üzrə naziri Ameli de Monşalen TF1 telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, müzakirə olunan paket 32 milyard avro məbləğində büdcə qənaətinə nail olmağa imkan verəcək addımları, həmçinin vergi gəlirləri şəklində əlavə 21 milyard avro cəlb etməyi əhatə edəcək.

A.Monşalen 2025-ci il üçün büdcə razılaşmasının yanvarın sonuna qədər əldə olunacağına ümid edir: «Bu büdcədə biz dövlət xərclərini azaltmaq üçün tarixi cəhd edəcəyik. Biz orta və işçi sinif üçün vergiləri artırmaq niyyətində deyilik».





Source link

Leave A Reply

Your email address will not be published.