Türkiyənin «Fənərbağça» komandası futbolçusu İrfan Can Kahveci ilə müqavilə müddətini artırıb.
«Report» xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisi ilə 3 illik yeni müqavilə imzalayıb.
Qeyd edək ki, İrfan Can Kahveci 2021-ci ildən «Fənərbağça»nın şərəfini qoruyur.