Yeni doğulan körpəsinə Ferdi Tayfurun adını verdi

0 4

Antalyanın Serik rayonunda yaşayan 40 yaşlı Abdullah Savaş, 10 yaşından bəri böyük heyranlıqla dinlədiyi türk musiqisinin əfsanəvi sənətçisi Ferdi Tayfurun adını yeni doğulan oğluna verdi.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən il 25 dekabrda dünyaya gələn üçüncü övladı üçün ad axtaran Abdullah Savaş, 2 yanvar axşamı Ferdi Tayfurun ölüm xəbərini aldıqda dərin kədər yaşadığını bildirib.

Sevdiyi sənətçinin ölümü ilə sarsılan Savaş körpəsinə Ferdi Tayfur adını vermək qərarına gəldi:

“Onun ölümü məni sarsıtdı. Adını övladıma verdim ki, xatirəsi yaşasın». 



Source link

Leave A Reply

Your email address will not be published.