Sankt-Peterburq-Səmərqənd reysini yerinə yetirən və göyərəsində 173 sərnişinin olduğu “Boeing 737” tipli təyyarə stabilizatorun nasazlığı səbəbindən «Vnukovo» hava limanında təcili eniş edib.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri fövqəladə vəziyyətlər üzrə xidmət qurumlarına istinadən məlumat yayıb.
«Təyyarə stabilizatorun nasazlığı səbəbindən «Vnukovo» hava limanına təcili eniş edib. Eniş ştat rejimində həyata keçirilib», — mənbə bildirib.