Rusiya qazının Avropaya tədarükü dayandırıldıqdan sonra Aİ-də enerji qiymətlərində artım müşahidə edilmir

0 3

Rusiya qazının Ukrayna ərazisindən tədarükü dayandırıldıqdan sonra Avropa İttifaqında (Aİ) elektrik enerjisinin qiymətlərində hələlik artım müşahidə edilmir.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının (AK) nümayəndəsi Anna-Kaysa İtkonen deyib.

«Yeni ildə qiymət artımı müşahidə etmədik, bazar sabit olaraq qalır», — o, jurnalistlərin müvafiq sualını cavablandırarkən bildirib.

İtkonen vurğulayıb ki, AK elektrik enerjisinin qiymətləri ilə bağlı vəziyyəti diqqətlə izləyir.

Qeyd edək ki, 2025-ci il yanvarın 1-dən Kiyevin Moskva ilə tranzit müqaviləsini uzatmaması səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Aİ-yə tədarükü dayandırılıb.

Leave A Reply

Your email address will not be published.