Futzal üzrə Azərbaycan Yüksək Liqasında VI turun oyunları keçirilib.
«Report» xəbər verir ki, günün ilk matçında «Araz-Naxçıvan» «Baku Fire» ilə üz-üzə gəlib.
Qarşılaşmada qalib müəyyənləşməyib — 2:2.
İkinci görüşdə «Neftçi» İK «Şuşa»nın qapısından dörd cavabsız top keçirib.
Sonuncu oyunda isə U-19 «Yasamal Bakı»ya şans verməyib — 6:3.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran «Baku Fire» komandasının liderliyi davam edir. «Neftçi» İK 15 xalla ikinci, «Araz-Naxçıvan» 10 xalla üçüncü sıradadır. Dördüncü yerdəki «Şuşa»nın və beşinci pillədəki U-19-un 6 xalı var. Bütün görüşlərdə uduzan «Yasamal Bakı» sonuncudur.