Ukraynanın təcili olaraq ən azı 20 ədəd “Hawks”, “NASAMS” və ya “IRIS-T” tipli sistemə ehtiyacı var.
“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində deyib.
«Biz artıq tərəfdaşlarımızı mühüm ehtiyaclar barədə məlumatlandırmışıq. Söhbət əlavə olaraq ən azı 20 ədəd “Hawk”, “NASAMS” və ya “IRIS-T” tipli sistemin təcili tədarükündən gedir. Bu, bizə blekautdan qaçmağa kömək edəcək», — o əlavə edib.