Qız üstündə davada 3 nəfər öldü

0 11


Türkiyədə iki qrup arasında qız üstündə yaranan davada 3 nəfər ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İzmir şəhərinin Çeşmə qəsəbəsində baş verib. İki qrup arasında qız üstündə münaqişə yaşanıb.

Davanı B.B. adlı iştirakçısı tapança ilə 4 nəfərə atəş açıb. Nəticədə yaralanan Azad Demir, Abdurrahim Doğan ve Mehmet Sait Medeni ölüblər, A.M. isə yaralanıb.

Hadisəni törədən B.B. qaçsa da, yanındakı 2 nəfər saxlanılıb. Araşdırma aparılır.



Source link

Leave A Reply

Your email address will not be published.