Polis qız üstündə qohumunu öldürdü

0 7

Kabardin-Balkar Respublikasında polis əməkdaşı ziyafət zamanı qohumu ilə qız üstündə mübahisə edib və ona tapança ilə atəş açıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, qohumlar ad gününü Nalçikdə qeyd edib. Qonaqlar arasında təhlükəsizlik işçisi ona tanış görünən qızın diqqətini çəkib. Birdən polisin yadına düşüb ki, saunada bu qızı görüb. Həmin qız orada ona seks xidməti göstərib. Polis bunu qohumlarına desə də, kimsə ona fakir verməyib.

Bundan hiddətlənən polis evə gedərək, xidməti tapançasını götürüb və məclisə qayıdıb. O, qohumunu ona dəstək verməməkdə ittiham edib və ürəyindən güllələyib. Qohumu hadisə yerində ölüb.

Məhkəmədə polis qohumunu təsadüfən vurduğunu sübut etməyə çalışıb. O, 7 il müddətinə azadlıqdan məhrum edilib və 1,5 milyon rubl məbləğində mənəvi təzminat ödəməyə məhkum olunub.



Source link

Leave A Reply

Your email address will not be published.