Energetika nazirinin Tərtərdə keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib

0 9


Energetika naziri Pərviz Şahbazovun noyabrın 29-da Tərtərdə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul dekabrın 5-də saat 11:00-dan başlayaraq Tərtər rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ5900,Tərtər şəhəri, Heydər Əliyev parkı) keçiriləcək. Nazir Tərtər, Ağdam, Ağcabədi, Bərdə və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]) və İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.





Source link

Leave A Reply

Your email address will not be published.