İnsanlara qarşı cinsi zorakılıqda şübhəli bilinən məşhur amerikalı reper P.Diddi məşhur müğənni Cennifer Lopezlə 2 il münasibətdə olub.
Lent.az xəbər verir ki, insan alverində şübhəli bilinən şəxs ulduzdan ayrıldıqdan sonra necə sağ qaldığını və kömək üçün mütəxəssislərə müraciət etdiyini danışıb.
Lopez və Şon Kombs (repperin əsl adı) 1999-2001-ci illərdə münasibətdə olublar. Bir vaxtlar onlar ən məşhur Amerika cütlüklərindən biri idilər.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 23 il əvvəl ayrıldıqdan sonra onların hər biri yeni həyata başlayıb və Lopez reperi yaddaşından tamamilə silib.
P.Diddi Lopezdən ayrılarkən çətin anlar yaşayıb. O, dərin depressiyadan əziyyət çəkib və psixoloq yardımı alıb.
Reper bu barədə həbs olunmazdan əvvəl bir müddət əvvəl mediada yer alan müsahibəsində danışıb.
«Məni bipolyar adlandırdılar — bu doğru deyil. Sadəcə olaraq, əhvalım çox kəskin dəyişir. Cennifer ilə münasibətimə görə çox şey əlimdən çıxdı” – deyə o bildirib.
Qeyd edək ki, 120-dən çox şəxs reperi azyaşlılara qarşı cinsi zorakılıq və insan alverində ittiham edib. İddialarda qeyd olunduğu kimi, o cinayətlərini 25 il müddətində törədib. Ən gənc qurbanın cəmi 9 yaşı olub. Şiddətin şahidi olmuş və uzun illər buna səssiz qalan dünya məşhurları arasında Beyonc, Naomi Campbell, Uill Smith, Snoop Dogg, Leonardo DiCaprio və Cennifer Lopez də var.