Rəşad Nəbiyev: «Orta Dəhliz etibarlı və səmərəli keçidə çevrilib»

0 9

Orta Dəhliz qlobal tranzit variantlarını tamamlayan etibarlı və səmərəli keçidə çevrilib.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, son bir neçə ildə Azərbaycan ümumi tranzit həcmində sabit artım yaşayıb: «Ötən il tranzit daşımaları 13,4 milyon ton olub ki, bunun da 4,3 milyon tonu Orta Dəhlizlə ötürülüb. Bu ilin əvvəlindən biz Çindən Orta Dəhliz vasitəsilə blok qatarların hərəkətini asanlaşdırmışıq. İlin sonuna kimi 300-dən çox blok qatarın ərazimizdən keçəcəyini gözləyirik və onlar, orta tranzit müddəti ilə Azərbaycan limanlarına 10 günə, Gürcüstan, Poti və Batumi limanlarına isə 12 günə çatacaq. Gələn il isə biz blok qatarların sayını 600-ə çatdırmağı planlaşdırırıq. Növbəti hədəfimiz isə 1 000 blok qatarıdır».

Leave A Reply

Your email address will not be published.