Parlament Görüşündə iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə edilib 

0 9


Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ikinci günündə iqlim dəyişikliyi qarşısında sağlamlıq və ərzaq təhlükəsizliyinin qorunması üçün səylər müzakirə edilib.

«Report» xəbər verir ki, bu sessiyada parlamentlərin sağlamlıq və iqlim problemlərinin həllinə hərtərəfli yanaşma tətbiq edə bilməsi yolları araşdırılıb. Bundan başqa, ərzaq təhlükəsizliyi və qidasızlığa səbəb olan kənd təsərrüfatı və balıqçılıq sektorunda itkilərin azaldılması strategiyaları müzakirə edilib.

Uruqvay Senatının üzvü İren Moreyra deyib ki, iqlim dəyişikliyi insan sağlamlığına birbaşa və dolayı yolla təsir edir:

«Xüsusilə yaşlı insanlar, uşaqlar üçün bu risk daha böyükdür. İqlim dəyişikliyi yalnız keyfiyyətə təsir etmir, ona əlçatanlığı da azaldır. Temperaturun artması öz növbəsində müvafiq sahələrdə məhsuldarlığı azaldır. Daşqınlar, hava dəyişikliyi iş şəraitinə də təsir edir».

Milli Məclisin üzvü, deputat Pərvanə Vəliyeva bildirib ki, iqlim dəyişikliyi üzrə beynəxlalq ekspertlər qrupunun rəyinə görə, temperaturun artması insanların həyatına ciddi təsir göstərə bilər:

«COP29-da müzakirəsi aparılan maliyyə yardımlarından başqa, səhiyyə sistemlərini də maliyyələşdirmək çox vacibdir. Pandemiyaya hazırlıq, qarşısının alınması və cavab tədbirlərinə də maliyyə ayrılmalıdır».

Deputat vurğulayıb ki, Azərbaycanda transsərhəd su axarlarının çirklənməsi ilə bağlı ciddi problem var:

«Qonşu ölkələrin bəzi mədən sənayesi obyektləri sərhədlərdə transsərhəd çay hövzələrinin yaxınlığında yerləşir və tullantılar Kür və Araz, eləcə də ölkənin digər çaylarına axıdılır. Bu, əhalinin sağlamlığında problemlər yaradır, xərçəngə yoluxma hallarının artmasına, həmçinin Araz çayının suyundan istifadə edən kənd təsərrüfatına ziyan vurur».

Sonda sual-cavab sessiyası baş tutub.





Source link

Leave A Reply

Your email address will not be published.