Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu

0 13

İki adamı öldürməyə cəhdə görə beynəlxalq axtarışa verilən azərbaycanlı Rusiyanın Tula vilayətində daha bir adamı bıçaqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, 2022-ci il dekabrın 13-də dostu ilə iki nəfəri öldürməyə cəhd edib və bundan sonra hər ikisi qaçıb.

Hər iki miqrant barəsində “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.

Ötən gün azərbaycanlı Tula vilayətində bir nəfəri bıçaqlayarkən saxlanılıb. Belə ki, qətldən sonra miqrant Kaluqa bölgəsinə qaçsa da, polis tərəfindən ələ keçirilib.

Rusiya İstintaq Komitəsi bildirib ki, zərərçəkmiş cinayətkara xəsarət yetirə bilib və bu səbəbdən şübhəli şəxs də xəstəxanaya yerləşdirilib. Müstəntiqlər cinayətkar üçün xəstəxanaya gediblər. Onun dostunun isə taleyi hələ də məlum deyil.



Source link

Leave A Reply

Your email address will not be published.