Baş Prokuror: Rusiyada hər il ekoloji sahədə 300 minə yaxın qanun pozuntusu aşkar edilir

0 22

Rusiya prokurorları hər il ekoloji sahədə 300 minə qədər qanun pozuntusunun qarşısını alır, bu istiqamətdə 15 min cinayət işi üzrə hüquq-mühafizə orqanlarının işi əlaqələndirilir.

«Report»un məlumatına görə, bunu Rusiyanın Baş prokuroru İqor Krasnov COP29 çərçivəsində Bakıda hüquq-mühafizə orqanları nümayəndələrinin plenar iclasında bildirib.

«Prokurorlar tərəfindən hər il ekoloji sahədə 300 minə qədər qanun pozuntusunun qarşısı alınır, meşə əkinlərinin qanunsuz kəsilməsi və məhv edilməsi, havanın, su hövzələrinin və yerin təkinin çirkləndirilməsi, həmçinin bioresursların qanunsuz hasilatı ilə bağlı 15 mindən çox cinayət işi üzrə cinayət təqibi və hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi həyata keçirilir», — deyə o bildirib.

Onun sözlərinə görə, belə işlərdən 2 mindən çoxu nəzarət yoxlamalarının materialları əsasında başlanılıb.





Source link

Leave A Reply

Your email address will not be published.