«Deutsche Bundesbank»: Dayanıqlı maliyyə təkcə iqlim deyil, sosial-iqtisadi sahələr üçün də vacibdir

0 1


Dayanıqlı maliyyə təkcə iqlim deyil, sosial-iqtisadi sahələr üçün də vacibdir.

«Report» xəbər verir ki, bunu Alman Federal Bankının («Deutsche Bundesbank», Mərkəzi Bankdır) İcraçı Direktorlar Şurasının Üzvü Sabine Mauderer noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş «İqlimdən Kənar Dayanıqlı Maliyyə Təşəbbüsləri və SDG-lərin Əldə Edilməsi» mövzusunda tədbirdə bildirib.

O, dayanıqlı maliyyə təşəbbüslərinin yalnız iqlim məsələləri ilə məhdudlaşmadığını, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün sosial-iqtisadi sahələrdə də mühüm rol oynadığını vurğulayıb.

S.Mauderer qeyd edib ki, təmsil etdiyi qurumun dayanıqlı maliyyə sahəsindəki təşəbbüsləri yalnız təmiz enerji ilə əlaqələndirməyib, həm də sosial infrastruktur layihələrinə sərmayə yatırılmasının vacibliyini önə çəkib.

«Bizim məqsədimiz yalnız ekoloji sahələrdə deyil, həm də sosial ədalət və iqtisadi bərabərlik sahələrində davamlı inkişafı dəstəkləməkdir,» – deyə o əlavə edib.

Qonaq beynəlxalq əməkdaşlığın bu məqsədlərin həyata keçirilməsi üçün əhəmiyyətini də vurğulayıb: «Qlobal əməkdaşlıq dayanıqlı maliyyə təşəbbüslərinin həyata keçirilməsində əsasdır. Biz bütün ölkələrin bu təşəbbüslərə qoşulmasını təmin etmək, birgə çalışaraq daha dayanıqlı və ədalətli bir gələcək qurmaq istəyirik,» – deyə S.Mauderer əlavə edib.





Source link

Leave A Reply

Your email address will not be published.