ECLF: Ənənəvi mühəndislik həllərindən təbiətə əsaslanan yanaşmalara keçid vacibdir

0 5

İqlim dəyişikliyinin təsirlərini azaltmaq, eyni zamanda biomüxtəlifliyi təmin etmək və ekosistemin sağlamlığını gücləndirmək üçün ənənəvi mühəndislik həllərindən təbiətə əsaslanan yanaşmalara keçid vacibdir.

«Report» xəbər verir ki, bunu Ətraf Mühit və İqlim Liderliyi Tərəfdaşlığının (ECLF) baş məsləhətçisi və qurucu direktoru Paul Simons noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş «Təbiətə əsaslanan həllər vasitəsilə iqlim və ətraf mühit dayanıqlılığının inkişaf etdirilməsi» mövzusunda tədbirdə bildirib.

«Meşələr, bataqlıqlar və manqrovlar kimi ekosistemlər karbonu udaraq, su axınlarını tənzimləyərək və icmaları ekstremal hava hadisələrindən qoruyaraq təbii dayanıqlığı təmin edir», — deyə o qeyd edib.

Qonaq təbiətə əsaslanan həllərin milli iqlim siyasətləri və inkişaf gündəmlərinə inteqrasiyasının daha dayanıqlı və davamlı bir gələcəyə yol açacağını vurğulayıb: “Bu yanaşma xüsusilə emissiyaların azaldılmasına və iqlim dəyişikliyinə uyğunlaşmaya əhəmiyyətli töhfə verə bilər. Bu həllərin geniş şəkildə qəbul edilməsi üçün güclü maliyyə öhdəlikləri, tənzimləyici çərçivələr və cəmiyyətlərin iştirakı vacibdir».

P. Simons COP29 iştirakçılarını təbiətə əsaslanan həlləri iqlim dəyişikliyinə qarşı mübarizənin ayrılmaz bir hissəsi kimi qəbul etməyə çağırıb.





Source link

Leave A Reply

Your email address will not be published.