Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələrin maliyyələşdirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) mümkün iştirakı müzakirə olunub.
«Report» xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev «X» sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr Bankının I vitse-prezidenti Yurgen Riqterink ilə görüşdə baş tutub.