Bələdiyyə sədrinin oğlu özünü GÜLLƏLƏDİ

0 6

Türkiyədə bələdiyyə sədrinin oğlu tapança ilə özünü güllələyərək intihara cəhd edib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Antalyanın Muratpaşa qəsəbəsində baş verib. Qəsəbənin Cümhuriyyət Xalq Partiyasından olan bələdiyyə sədri Ümit Uysalın oğlu 17 yaşlı E.U. hamamda başından vurulmuş halda tapılıb.

O, yaxınları tərəfindən qan içində tapılaraq, xəstəxanaya aparılıb və əməliyyat olunub. Onun həyati təhlükəsi olmadığı bildirilir.

Yeniyetmənin son günlər psixoloji sıxıntılar yaşadığı müəyyən olunub.



Source link

Leave A Reply

Your email address will not be published.