Bakıda 20 yaşlı bacısını qətlə yetirməkdə təqsirləndirilən Təbriz Qasımovun məhkəməsi başlayıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsi haqda qərar qəbul edib.
Məhkəmənin ilk baxış iclası noyabrın 18-nə təyin edilib.
Xatırladaq ki, bu il iyulun 1-i səhər saat 7 radələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 20 yaşlı Təhminə Qasımovanın öldürülməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub. Cinayəti törədən 27 yaşlı Təbriz Qasımov könüllü polisə təslim olub.
Araşdırma zamanı məlum olub ki, Təbriz Qasımov aralarında yaranan mübahisə zamanı bacısını boğaraq qətlə yetirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Təhminə Qasımovanın ölümünə — mexaniki asfiksiya səbəb olub.
Binəqədi rayon prokurorluğu tərəfindən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham verilib.
BREAKING NEWS
- Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
- STAR NEZ Türkiyədə 11 ayda neft koksu istehsalının həcmini açıqlayıb
- Tbilisidə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsəri səhnələşdirilir
- Sankt-Peterburqda polis maşınının iştirakı ilə baş verən qəzada bir nəfər ölüb
- Lotu Qulinin yaxın dostu olan avtoritet həbsxanada intihara cəhd etdi
- Aleyna Tilki bu fotosu ilə hamını TƏƏCCÜBLƏNDİRDİ
- XİN: Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir
- İsrail sabah 90 fələstinli məhbusu azad edəcək
- UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb
- Avropa Gənclər Müsabiqəsinin qalibləri müəyyənləşib