Bakıda 20 yaşlı bacısını qətlə yetirməkdə təqsirləndirilən Təbriz Qasımovun məhkəməsi başlayıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsi haqda qərar qəbul edib.
Məhkəmənin ilk baxış iclası noyabrın 18-nə təyin edilib.
Xatırladaq ki, bu il iyulun 1-i səhər saat 7 radələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində 20 yaşlı Təhminə Qasımovanın öldürülməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub. Cinayəti törədən 27 yaşlı Təbriz Qasımov könüllü polisə təslim olub.
Araşdırma zamanı məlum olub ki, Təbriz Qasımov aralarında yaranan mübahisə zamanı bacısını boğaraq qətlə yetirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Təhminə Qasımovanın ölümünə — mexaniki asfiksiya səbəb olub.
Binəqədi rayon prokurorluğu tərəfindən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham verilib.
BREAKING NEWS
- Baş konsul: «İğdır-Naxçıvan qaz kəmərinin tikintisi tamamlanıb»
- Müstəmləkəçilik altında olan Sen Martin adası ilə bağlı beynəlxalq konfrans keçiriləcək
- «Ayaks»ın 41 yaşlı qapıçısı Erediviziya tarixinə düşüb
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I tura yekun vurulub
- Təcavüzə uğrayan yeniyetmə özünü öldürdü
- Ötən ay ən çox yağıntı Lənkəran-Astara zonasına, Bakı və Abşeron yarımadasına düşüb
- Mövlud Çavuşoğlu: Azərbaycanın haqlı mübarizəsini müdafiə etmək hamımızın borcudur
- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların təşkilinə dair müddəalar təkmilləşdirilir
- İranlı nazir: Təyyarələrimiz köhnə olduğundan turizmi inkişaf etdirə bilmirik
- Masazırda AİLƏ DRAMI: 4 uşaq anası ərini öldürdü