FHN ilə Bakı metrosu qarşılıqlı Tədbirlər Planı tərtib edib

0 14

«Bakı Metropoliteni» QSC ilə Fövqalədə Hallar Nazirliyi qarşılıqlı fəaliyyət və Tədbirlər Planları tərtib olunub.

«Report» xəbər verir ki, bunu FHN-nin COP29 Əməliyyat Qərargahının rəhbəri, polkovnik Ağəli Hüseynov bayram və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində metronun fəaliyyətinə dair brifinqdə deyib.

O bildirib ki, metropolitenə məxsus bütün obyektlərdə və tunellərdə yanğın-texniki müayinələr keçirilib: «Metropolitenə məxsus bütün obyektlərdə və tunellərdə yanğın-texniki müayinələr keçirilib. Cari il ərzində 900 nəfər metropoliten əməkdaşları yanğın təhlükəsizliyi qaydaları barədə təlimatlandırılıb. Bu ilin 10 ayı ərzində 9 metrostansiyada birgə taktiki-xüsusi təlimlər keçirilib. Əlavə olaraq, COP29 tədbiri ilə əlaqədar olaraq Bakı Metropoliteninin «Koroğlu», «Ulduz» və «Xətai» metrostansiyalarında qərargahlar yaradılıb və nazirliyin əməkdaşları xidmət aparır»,- deyə o qeyd edib.





Source link

Leave A Reply

Your email address will not be published.