Fərid Qayıbov Anqolanın gənclər və idman nazirinin müavinini qəbul edib

0 8

Noyabrın 6-da gənclər və idman naziri Fərid Qayıbov Anqolanın gənclər və idman nazirinin müavini Paulo Rodriqes da Silvanı qəbul edib.

«Report» xəbər verir ki, qonağı salamlayan nazir ona son illərdə Azərbaycanda gənclər və idman sahəsində görülən işlər, qazanılan uğurlar barədə məlumat verib, ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Anqola arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsi müdirinin müavini Ülviyyə Axundova, Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova və Anqola Gənclər və İdman Nazirliyinin İnfrastruktur Departamentinin müdiri Elizabet Kailo da görüşdə iştirak ediblər.





Source link

Leave A Reply

Your email address will not be published.