Qız anasını öldürüb polisə getdi

0 6

Rusiyanın paytaxtı Moskvada qız anasını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, qız Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (“Qətl”) ilə ittiham olunur. O, hazırda həbsdədir.

Məlumata görə, hadisə mayın 25-də baş verib. Kastanaevskaya küçəsindəki mənzildə olan və öz anasına qarşı düşmənçilik hiss edən qız bıçaqla onun bədəninə azı bir zərbə vurub. Qadını xilas etmək mümkün olmayıb. Hadisədən sonra təcavüzkarın özü hüquq-mühafizə orqanlarına müraciət edib.

İş üzrə istintaq başa çatıb və materiallar məhkəməyə göndərilib.



Source link

Leave A Reply

Your email address will not be published.