Müğənni Günay İbrahimli virusa yoluxub.
Lent.az xəbər verir ki, bu barədə özü səhifəsində paylaşım edib. Bir neçə gündür virusa yoluxduğunu deyən Günay izləyicilərinə səslənib:
«Əziz dostlar, özünüzü qoruyun. Çox pis virus gəzir. Bir həftə 5 sistemdən sonra, nəhayət güc-bəla ilə özümə gəlmişəm. Sağlamlığınıza bu aralar diqqət edin».
Günay hazırda özünü yaxşı hiss etdiyini və yeni işini yayımlamağa hazırlaşdığını vurğulayıb.