UEFA «Qarabağ»ın avrokubok oyunlarını idarə etmiş baş hakimi 2025-ci ilə qədər diskvalifikasiya edib

0 10

UEFA «Qarabağ»ın avrokubok oyunlarını idarə etmiş polşalı baş hakim Bartoş Frankovskiyi 2025-ci ilə qədər diskvalifikasiya edib.

«Report» xəbər verir ki, buna referinin digər həmkarı Tomaş Musyalla birgə içkili halda yol nişanlarına zərər yetirməklə qeyri-etik davranışları səbəb olub.

Onlar cari mövsümün əvvəli Çempionlar Liqasının III təsnifat mərhələsinin «Reyncers» (Şotlandiya) — «Dinamo» (Kiyev, Ukrayna) oyununa VAR hakimləri kimi təyinat alıblar. Lakin etdikləri hərəkətlərə görə başqa hakimlərlə əvəzləniblər.

Hər iki ədalət qoruyucusu nizam-intizam qaydalarına pozduqlarına görə UEFA tərəfindən 2025-ci ilin iyun ayına qədər hakimlikdən uzaqlaşdırılıblar.

Qeyd edək ki, Bartoş Frankovskiy 2019-cu ildə «Qarabağ»ın Çempionlar Liqasının II təsnifat mərhələsinin “Dandolk” (İrlandiya) və 2022-ci ildə Fransanın «Marsel» komandasına qarşı Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub.





Source link

Leave A Reply

Your email address will not be published.