Azərbaycanı Bəhreyndə keçiriləcək Gimnaziadada təmsil edəcək stolüstü tennisçilər müəyyənləşib.
Federasiyasından «Report»a verilən məlumata görə, paytaxt Manamada təşkil olunacaq beynəlxalq yarışda məşqçilər Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Elşən Hüseynov, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Aysu Ağayeva bacarıqlarını göstərəcəklər.
Beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasova isə oyunları idarə edəcəklər.
Qeyd edək ki, stolüstü tennis yarışına oktyabrın 25-də start veriləcək. Oktyabrın 31-dək keçiriləcək Gimnaziadada Azərbaycan 16 idman növündə təmsil olunacaq.