AFFA hakimləri təhqir edən məşqçiləri cəzalandırıb

0 11


Azərbaycanın aşağı yaş qruplarından ibarət liqalarında hakimləri təhqir edən məşqçilər cəzalandırılıb.

“Report” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

U-15 Liqasında keçirilən “Zirə” – “Kəpəz” oyununda qonaq komandanın məşqçisi İlqar Hüseynov qarşılaşmanın 76-cı dəqiqəsində köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə gördüyünə görə 5 oyun cəzalandırılıb.

U-10 Liqasında keçirilən “Ahmedoğlu” –”Muğan” oyununun 15-ci dəqiqəsində meydan sahiblərinin köməkçi məşqçisi Şəhruz Salmanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan uzaqlaşdırılmasına, bundan sonra da hakimi təhqir və hədə-qorxu gəlməyə davam etdiyinə görə 5 oyunluq cəzaya məruz qalıb.





Source link

Leave A Reply

Your email address will not be published.