«Qarabağ» — «Ayaks» oyununun hakimi daha əvvəl iki dəfə Azərbaycan təmsilçilərinin matçına təyinat alıb — ARAŞDIRMA

0 1

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda «Qarabağ» — «Ayaks» (Niderland) oyununu idarə edəcək Nikolas Uolş daha əvvəl iki dəfə Azərbaycan klublarının matçına təyinat alıb.

«Report» xəbər verir ki, 34 yaşlı ədalət təmsilçisi 2019-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində «Qəbələ»nin evdə Gürcüstanın «Dinamo» kollektivinə 0:2 hesabı ilə uduzduğu qarşılaşmada iş başında olub.

Şotlandiyalı FIFA referisi 2023-cü ildə isə «Qarabağ»ın Belçikada «Gent»ə penaltilər seriyasında 3:5 hesabı ilə məğlub olduğu (əsas vaxt 0:1) qarşılaşmada dördüncü hakim funksiyasını yerinə yetirib.

Qeyd edək ki, «Qarabağ» — «Ayaks» matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Leave A Reply

Your email address will not be published.