Neft Emalı Zavodundakı yanğının söndürülməsinə iki helikopter cəlb olunub — YENİLƏNİB-2

0 1

Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğının söndürülməsinə helikopterlər cəlb olunub.

«Report»un hadisə yerinə cəlb olunmuş əməkdaşı xəbər verir ki, hadisə baş verən ərazidə iki yanğın söndürən helikopter hərəkət edir.

12.01

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə «Report»a FHN-dən məlumat verilib.

«Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub», — nazirlikdən bildirilib.

11:48

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

«Report» xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.





Source link

Leave A Reply

Your email address will not be published.