Minatəmizləmə maşınlarının operativ nəqliyyat vasitələri hesab edilməsi I oxunuşda qəbul olunub

0 14

Milli Məclis minatəmizləmə əməliyyatlarında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ nəqliyyat vasitələri hesab edilməsini birinci oxunuşda təsdiqləyib.

“Report” xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanun təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihədə qeyd olunub ki, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.

Məlumat üçün bildirək ki, hazırda yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycanın ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən avtomobillər operativ nəqliyyat vasitələri siyahısında yer alıb.

Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.





Source link

Leave A Reply

Your email address will not be published.