İtaliya yığmasının yarımmüdafiəçisi Daniel Maldininin Millətlər Liqasında İsraillə oyunda debüt etməsindən sonra Maldini ailəsi tarixi ilkə imza atıb.
«Report» xarici KİV-ə istinadən xəbər verir ki, vaxtilə İtaliya yığmasında çıxış etmiş Paolo Maldininin oğlu və Çezare Maldinin nəvəsi olan Daniel görüşün 73-cü dəqiqəsində şans qazanıb.
23 yaşlı futbolçunun debütündən sonra Maldinilər İtaliya millisində üç nəsil forma geyinən ilk ailə olub.
Qeyd edək ki, Paolo Maldini İtaliya millisində 1988-ci ildən 2002-ci ilə qədər oynayıb. Onun atası Çezare Maldini isə yığmada 1960-1963-cü illər aralığında forma geyinib.