Almaniyanın «Ştuttqart» klubunun futbolçusu Atakan Karazor milli komanda karyerasındakı seçimini Türkiyə millisindən yana edib.
«Report» xəbər verir ki, Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannla görüşən 27 yaşlı yarımmüdafiəçi «ay-ulduzlu» formanı geyinmək istədiyini bildirib.
O, qardaş ölkə yığmasının baş məşqçisi Vinçentso Montelladan dəvət gözləyir.
Qeyd edək ki, cari mövsüm 8 oyuna çıxan «Ştuttqart»ın kapitanı 1 qol vurub.