Premyer Liqa: «Neftçi» VIII turda da qələbə qazana bilməyib

0 8

«Neftçi» Azərbaycan Premyer Liqasının VIII turunda da qələbə qazana bilməyib.

«Report»un məlumatına görə, «ağ-qaralar» doğma meydanda «Sumqayıt»la üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. «Gənclik şəhəri» təmsilçisində 70-ci dəqiqədə Cordan Rezabala hesabı açıb. Meydan sahiblərində Yuri Matias 76-cı dəqiqədə tarazlığı bərpa edib.

Paytaxt klubu bu nəticədən sonra beş xalla 8-ci, qonaqlar yeddi xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk matçında «Zirə» «Kəpəz»i üç cavabsız qolla üstələyib. Ötən gün «Araz-Naxçıvan» «Səbail»i məğlub edib — 3:2. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.





Source link

Leave A Reply

Your email address will not be published.